EN

Abdullah Gül ardıcıl şəhid xəbərlərindən sonra sükutu pozdu

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə "Claw-Lock" əməliyyatı bölgəsində bir mağarada aparılan axtarış və yoxlama əməliyyatı zamanı 19 əsgərin metan qazına məruz qaldığı faciəvi hadisədə şəhid olan əsgərlərin sayı 12-yə yüksəlib.Turkustan.az xəbər verir ki, Milli Müdafiə Nazirliyinin açıqladığı xəbər Türkiyəni yaslara qərq edərkən, siyasətin önəmli simalarından bir-birinin ardınca mesajlar gəldi.Türkiyənin 11-ci prezidenti Abdullah Gül də ardıcıl şəhid xəbərlərinin ardından uzun sürən sükutu pozaraq mesaj yayımlayıb.X hesabından açıqlama verən Gül: "Silahların səssiz qaldığı bir vaxtda 12 əsgərimizin şəhid olması məni dərindən kədərləndirdi. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türk Silahlı Qüvvələrinə başsağlığı verirəm. Müalicəsi davam edən əsgərlərimizə də tezliklə şəfa diləyirəm" dedi.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
32
icma.az

10Sources