AZ

Şəhid atası vəfat edib

Ajans.az xəbər verir ki, şəhid atası Ağabəy Məmmədov ürək tutmasından vəfat edib.  Mərhum Şəkidə dəfn olunacaq.  Qeyd edək ki, Xəyal Məmmədov Vətən müharibəsində Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 20-də Qubadlı döyüşlərində şəhidlik zirvəsinə ucalıb. 

Ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Seçilən
57
3
Ajans.az

10Mənbələr