Türkiyəli müğənni Ebru Gündeşin yeni işıq üzü görən "Bir çift göz" mahnısı oğurluq adlandırılıb.
Paralel.az xəbər verir ki, bəstənin musiqisi müğənni Nuri Sərinləndiricinin "Birtanem" mahnısına oxşadılıb. Bununla bağlı iddia sosial şəbəkədə yayılıb.
"Birtanem" mahnısı 7 il əvvəl Nuri tərəfindən yazılıb və təqdim edilib.
Ebru "Bir çift göz" mahnısını Norm Enderlə duet şəklində oxuyub. Bəstə 10 gün əvvəl təqdim edilib. Mahnının müəllifi kimi Norm göstərilib. (Axşam.az)