Türkiyəli müğənni Ebru Gündeşin yeni işıq üzü görən "Bir çift göz" mahnısı oğurluq adlandırılıb.
Bəstənin musiqisi müğənni Nuri Sərinləndiricinin "Birtanem" mahnısına oxşadılıb. Bununla bağlı iddia sosial şəbəkədə yayılıb.
"Birtanem" mahnısı 7 il əvvəl Nuri tərəfindən yazılıb və təqdim edilib.
Ebru "Bir çift göz" mahnısını Norm Enderlə duet şəklində oxuyub. Bəstə 10 gün əvvəl təqdim edilib. Mahnının müəllifi kimi Norm göstərilib. (Axşam.az)