EN

Kişi gəlinini öldürüb, arvadını yaralayıbVİDEO

Qobustan rayonunun Təklə kəndində gəlin öldürülüb, onun qayınanası isə xəsarətlər alıb.

Xezerxeber.az-ın məlumatına görə, kənda sakini, 24 yaşlı Günel Ağabəyli bıçaqlanaraq öldürülüb, onun qayınanası, 66 yaşlı Sevil Ağayevanın isə baş və əl nahiyələrinə bıçaqla xəsarətlər yetirilib. Hadisənin törətməkdə mərhumun qayınatası, 68 yaşlı Orucağa Ağayev şübhəli bilinir. Məlumata görə, son 20 gündə qayınatanın psixoloji problemləri olub.

Xəsarətlər alan qayınana Sevil Ağayeva xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Orucağa Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, öldürülən Günel Ağabəyli musiqi müəllimi olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
18
11
xezerxeber.az

10Sources