EN

Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının prezidenti ilə görüşüb

7 iyul 2025-ci il tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəflə Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Sayed Mohsen Gilani arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu haqda federasiyanın mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı AFFA və PFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Tərəflər bu əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev də iştirak ediblər.

Chosen
21
50
operativmedia.az

10Sources