Gürcüstan Batumi şəhərində təşkil olunan qadın şahmatçıların Dünya Kubokunda ikinci gün arxada qalıb.

Offsideplus.az xəbər verir ki, yarışa qatılan Azərbaycanın 4 təmsilçisindən biri - Ülviyyə Fətəliyeva 1/32 finala yüksəlib 

Gövhər Beydullayeva və Gülnar Məmmədova sabah tay-breykdə uğur qazanmağa çalışacaqlar.

Xanım Balacayeva isə mübarizəni elə ilkin mərhələdə dayandırıb.

Bu mərhələdə uduzanlar cəmi 3750 ABŞ dolları qazanırlar. 

Çempion 50 min, ikinci yerin sahibi 35 min, üçüncü pilləni tutan şahmatçı isə 25 min dollar əldə edəcək.

Dünya Kuboku, 

1-ci tur / 2-ci oyun

Anahita Zahedifar (2143, İran) - Gövhər Beydullayeva(2386) 0,5:0,5

seriyada hesab - 1:1

Gülnar Məmmədova(2352) - Yunşan Li(2230, Kanada) 0,5:0,5

seriyada hesab - 1:1

Xanım Balacayeva(2358) - Elnaz Kaliakhmet(2218, Qazaxıstan) 0,5:0,5

seriyada hesab - 0,5:1,5

Zhang Jilin(2184, Avstraliya) - Ülviyyə Fətəliyeva(2372) 0,5:0,5

seriyada hesab - 0,5:1,5