EN

“Nüvə avadanlıqlarımız zədələnib, özümüzün ora çıxışı yoxdur” –Pezeşkian Taker Karlsona nələri deyib?

İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibə verib. 

AzPost müsahibədəki əsas məqamları təqdim edir:

-İran ABŞ və İsrailin məhv olmasını istəmir. “ABŞ-a ölüm!” amerikalıları öldürmək çağırışı kimi deyil, “cinayətlərdən qurtulmaq, ABŞ-ın İsrailin həyata keçirməsinə kömək etdiyi regionda qətlləri dayandırmaq” çağırışı kimi başa düşülməlidir.

-İsrail agentləri tərəfindən prezident Pezeşkianın özünə sui-qəsd edilib. “Lakin Allah qərar verib ki, mənim həyatım hələlik kəsilməməlidir”.

– İran nüvə proqramı ilə bağlı danışıqları davam etdirməyə hazırdır. Lakin ilk növbədə İsrail və ABŞ-ın hücumlarını “arxada qoymaq lazımdır”. “Bu hucum zamanı  xidmətdə olmayan, ailələri ilə evdə olan hərbçilərimizin və alimlərimizin qohumları öldürülüb”.

-“İran son 200 ildə heç bir ölkəyə hücum etməyib”, – Pezeşkian qeyd edib. “Biz sülh istəyirik ki, Uca Allahın bizə bəxş etdiyi qısa ömürü dinc yaşaya bilək”. Pezeşkian iranlıların İsrail və ABŞ ərazilərində terror aktlarında iştirak etməsi fikrini rədd edib.

-“Biz MAQATE-nin yoxlamalarından keçməyə hazırıq. Amma burada təəssüf ki, bir çətinlik var: ABŞ-ın bizim nüvə mərkəzlərimizə və digər oxşar obyektlərə qanunsuz basqınları nəticəsində avadanlığın böyük hissəsi zədələnib. Bu səbəbdən bizim nüvə proqramımızın bir çox elementlərinə belə çıxışımız yoxdur.”

– İran prezidenti bildirib ki, Tramp İsraili Yaxın Şərqdə döyüşləri dayandırmağa və sabitliyə nail olmağa məcbur edə bilər. Onun sözlərinə görə, regionda növbəti müharibə ABŞ-ın maraqlarına uyğun deyil.

AzPost.az

Chosen
27
50
azpost.info

10Sources