AZ

Londonda Çiçvarkinə qarşı sui-qəsd planı – Rusiya xüsusi xidmətləri restoranı yandırmaq istəyib

Musavat.com xəbər verir ki, Rusiya xüsusi xidmət orqanlarının xaricdəki müxalifləri susdurmaq cəhdləri tükənmək bilmir.

Bu dəfə hədəfdə Londonda yaşayan tanınmış rusiyalı müxalif iş adamı Yevgeni Çiçvarkindir.

The New York Times qəzetinin mötəbər mənbələrə istinadla yaydığı məlumata görə, Rusiya xüsusi xidmətləri Çiçvarkinin Londondakı məşhur “Hide” restoranını yandırmaq planı hazırlayıb. Britaniya təhlükəsizlik qurumları vaxtında xəbərdar olub və planın qarşısını alıb.

Yevgeni Çiçvarki uzun illərdir Londonda yaşayan və Rusiya hakimiyyətini açıq şəkildə tənqid edən müxalif mövqeli iş adamıdır. Onun paytaxtın mərkəzində yerləşən “Hide” restoranı Britaniyada ən çox ziyarət olunan məkanlardan sayılır. Rusiya xüsusi xidmətlərinin məhz bu restoranı hədəf seçməsi təsadüfi deyil — məqsəd Çiçvarkiyə həm iqtisadi, həm də psixoloji zərbə vurmaq, eyni zamanda xaricdəki digər müxaliflərə “xəbərdarlıq” etmək olub. 

61c55889-9578-44ff-8038-56cbca706353.jpeg

Yevgeni Çiçvarkin məşhur restoranında

Bu hadisə Britaniya-Rusiya münasibətlərində onsuz da gərgin olan fonu daha da sərtləşdirib. London rəsmiləri bu cür sui-qəsd planlarının Rusiya tərəfindən xaricdə yaşayan müxalifləri və dissidentləri susdurmaq üçün illərdir tətbiq etdiyi taktikaların növbəti nümunəsi olduğunu bildirirlər. Xatırladaq ki, bu, Britaniya ərazisində rus xüsusi xidmətlərinin ilk cəhdi deyil — Sergei və Yuliya Skripal hadisəsi, Aleksandr Litvinenkonun zəhərlənməsi kimi nümunələr hələ də xatırlardadır.

Hazırkı planın ifşa olunması isə göstərir ki, Moskva öz əleyhdarlarını harada olur-olsun, susdurmağa çalışmaq xəttindən əl çəkmir. Bu isə beynəlxalq arenada Rusiya üçün diplomatik və imic baxımından daha ciddi nəticələr doğura bilər.

 

Musavat.com

Seçilən
2
50
musavat.com

10Mənbələr