“Ticarət müharibəsi qalib gələ bilməz”.
BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik ABŞ prezidenti Donald Trampın BRİKS dövlətlərarası assosiasiyasında iştirak edən ölkələrə əlavə ticarət rüsumları tətbiq etmək hədələrini belə şərh edib.
“Ticarət müharibəsində qalib yoxdur”, – deyə təşkilatın nümayəndəsi vurğulayıb.
Daha əvvəl Tramp bildirib ki, ABŞ BRİKS-in “antiamerikan” siyasətinə dəstək ifadə edən ölkələrə 10 faiz əlavə rüsumlar tətbiq edəcək. Ağ Evin rəhbəri heç bir istisna etmək fikrində olmadığını vurğulayıb./Globalinfo.az