AZ

BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib

BMT-nin baş katibi Antoniu Quterreş Rusiyanın Ukraynaya hücumlarını pisləyib və bu zərbələrin müvəqqəti işğal olunmuş Zaporojye Atom Elektrik Stansiyasında nüvə təhlükəsizliyini yenidən təhlükə altına aldığını bildirib.

News365.az xəbər verir ki, bunu baş katibin mətbuat katibi Stefan Düjarrik bildirib.

"Bu zərbələr Zaporojye Atom Elektrik Stansiyasının elektrik təchizatında fasilələrə səbəb oldu. Bu da nüvə təhlükəsizliyi üçün davamlı riskləri bir daha gündəmə gətirir", - bəyanatda deyilir.

Quterreş təhlükəli eskalasiya və mülki əhali arasında ölüm sayının artması ilə bağlı narahatlığını ifadə edib. O, mülki şəxslərə və kritik infrastruktura hücumların beynəlxalq hüquqla qadağan olunduğunu təkrarlayıb və dərhal, qeyd-şərtsiz atəşkəsə çağırıb.

Seçilən
12
50
news365.az

10Mənbələr