EN

Ançelottinin oğlu “Botafoqo”nun baş məşqçisi olacaq


Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu, “Real Madrid”in keçmiş köməkçi məşqçisi Davide Ançelotti “Botafoqo”ya başçılıq edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, Davide klubun bütün şərtləri ilə razılaşıb. Daha əvvəl klubun 35 yaşlı italiyalıya 2026-cı ilin dekabrına qədər müqavilə təklif etdiyi məlum olub.
Qeyd edək ki, bu Davidenin ilk müstəqil işi olacaq. Bundan əvvəl italiyalı atasının “Real Madrid”də, daha sonra isə Braziliya millisində məşqçilər korpusunda çalışıb.
Xatırladaq ki, iyunun 30-da “Botafoqo” klublararası dünya çempionatı-2025-in 1/8 finalında “Palmeyras”a məğlubiyyətdən (0:1) sonra portuqaliyalı mütəxəssis Renato Paivanı baş məşqçi postundan uzaqlaşdırdığını açıqlayıb.
Chosen
13
12
yeniavaz.com

10Sources