Metbuat.az xəbər verir ki, Peniko adlanan şəhərin Sakit okean sahillərində yaşayan icmaları And dağlarında və Amazon hövzəsində yerli icmalarla birləşdirən mühüm ticarət mərkəzi hesab edilir. Ticarət mərkəzi kimi fəaliyyət göstərən şəhər Amerikanın ən qədim sivilizasiyası olan Caralın davamı hesab edilir. Tapıntılar arasında məbədlər və mərasim obyektləri var. Paytaxt Limadan təxminən 200 kilometr şimalda və dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən şəhərin eramızdan əvvəl 1800-1500-cü illər arasında qurulduğu təxmin edilir. Bu dövr Mesopotamiya, Misir, Hindistan və Çində ilk böyük sivilizasiyaların yüksəliş dövrünə təsadüf edir.