Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
İçərişəhərdə qədim əşyaların satıldığı, sərgiləndiyi mağazalar var. Əcnəbilər bu mağazalarda Azərbaycanın tarixi və adət-ənənəsi ilə yaxından tanış olmaq imkanı əldə edə bilirlər.
Qanuna görə, qədim əşyalara müəyyən etnik qrupun və ya xalqın sakinləri tərəfindən yaradılmış, tarixi vvə ya bədii dəyəri olan, təsdiq edilmiş yaşı əlli ildən çox olan süni əsərlər daxildir. Arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş və tanınmış tarixi şəxsiyyətlərin, siyasətçilərin, hərbi rəhbərlərin həyatı ilə təsdiqlənmiş əlaqəsi olan obyektlər xüsusilə əhəmiyyətlidir.
Qədim sayılan dekorativ-tətbiqi sənət əsərləri tarixi cəmiyyətin məişət həyatına aid olan, tarixi dəyəri sübut edilmiş istənilən əşyadır. Əlyazmalar və nadir çap nəşrləri, tarixi sənədlərin orijinalları, arxiv sənədləri, unikal fotoşəkillər, nadir səs yazıları (fonoqrafik materiallar), mükafatlar və onlarla əlaqəli hər şey - sənədlər, ordenlərin özləri, medallar, fərqlənmə nişanları, şəxsi mükafat silahları, şəxsi möhürlər və digər oxşar artefaktlar antikvar sayılır.
Qədim əşyaların dəyərini yalnız bir mütəxəssis dəqiq qiymətləndirə bilər. Bizim üçün isə böyük tarixə malik olan hər şey qədim sayılır.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.