İslam Respublikası nüvə proqramını bərpa edərsə, İsrail İran ərazisinə yeni zərbələr endirməyə hazırlaşır...
Poliqon xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, İsrail rəsmiləri hesab edirlər ki, ABŞ prezidenti Donald Tramp bu cür hərəkətlərə icazə verə bilər. Belə ki, İsrailin strateji planlaşdırma naziri Ron Dermer bu yaxınlarda Vaşinqtona səfərindən sonra qapalı görüşlərdə Ağ Ev rəhbərinin müəyyən şəraitdə İrana zərbələri dəstəkləyəcəyi fikrini bildirib.
Portal onların arasında Tehranın Fordo, Natanz və İsfahandakı hücuma məruz qalmış nüvə obyektlərindən yüksək zənginləşdirilmiş uranı çıxarmaq cəhdini qeyd edib. Digər səbəb isə uranın zənginləşdirilməsi obyektlərində işlərin bərpası ola bilər.
Poliqon.info