ain.az bildirir, Sherg.az portalına istinadən.
İslam Respublikası nüvə proqramını bərpa edərsə, İsrail İran ərazisinə yeni zərbələr endirməyə hazırlaşır.
“Report” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatlarına görə, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın bu cür hərəkətlərə razılıq verə biləcəyinə inanırlar. Belə ki, İsrailin strateji planlaşdırma naziri Ron Dermer bu yaxınlarda Vaşinqtona səfərindən sonra qapalı görüşlərdə Ağ Ev rəhbərinin müəyyən şəraitdə İrana zərbələr endirilməsini dəstəkləyəcəyini bildirib.
Portal onların arasında Tehranın Fordo, Natanz və İsfahandakı hücuma məruz qalmış nüvə obyektlərindən yüksək zənginləşdirilmiş uranı çıxarmaq cəhdini qeyd edib. Digər səbəb isə uranın zənginləşdirilməsi obyektlərində işlərin bərpası ola bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.