EN

Qvardiola ÇL-in finalçısını “Siti”yə gətirmək istəyir

İtaliyanın “İnter” klubunun və Niderland millisinin müdafiəçisi Denzel Dyumfris yay transfer dönəmində böyük ehtimalla A Seriyasını tərk edəcək.

Publika.az xəbər verir ki, Futbolçuya konkret maraq göstərənlər arasında “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da yer alır. “Barselona” da 29 yaşlı niderlandlını heyətinə qatmaq istəyirdi, lakin klub maliyyə problemləri səbəbindən bunu reallaşdıra bilmir.

Buna görə də “şəhərlilər” hazırda Dyumfrisin transferində əsas namizədi sayılır. Müdafiəçinin müqaviləsində 25 milyon avroluq sərbəstqalma bəndi mövcuddur və bu maddə yalnız iyul 15-ə qədər qüvvədədir.

2024/25 mövsümündə Dyumfris A Seriyada 29 oyunda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Çempionlar Liqasının finalına yüksələn “İnter”də isə 12 matçda meydana çıxaraq 2 qol və 3 assistlə yadda qalıb.

Chosen
7
2
publika.az

10Sources