AZ

Niderlandlı müdafiəçini “Mançester Siti”də görmək istəyir

“İnter”in sağ cinah müdafiəçisi Denzel Dumfris karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu ilə “Barselona” və Premyer Liqanın bir neçə klubu, o cümlədən “Mançester Siti” maraqlanır.

Müdafiəçini xüsusən, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın istədiyi bildirilir.

Dumfris son mövsümdə A Seriyasında 29 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
8
50
sportinfo.az

10Mənbələr