EN

ABŞ Ukraynaya yeni müdafiə silahları göndərəcək

ABŞ prezidenti Donald Tramp Ukraynaya əlavə müdafiə silahları göndərməyi planlaşdırır. Vətəninfo.az CNN-ə istinadən xəbər verir ki , bunu Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə şam yeməyindən əvvəl deyib.

“Biz daha çox silah göndərəcəyik. Biz bunu etməliyik, onlar özlərini müdafiə edə bilməlidirlər. Onlara çox güclü zərbələr endirilir. Biz daha çox silah göndərməliyik, ilk növbədə müdafiə xarakteri daşıyır, çünki onlara çox, çox güclü zərbələr endirilir”, – Tramp deyib.

Bundan əvvəl məlum olub ki, ABŞ prezident administrasiyası Ukraynaya müəyyən növ silahların, o cümlədən hava hücumundan müdafiə raketlərinin tədarükünü dayandırır. Qərar ABŞ-ın müdafiə naziri Pit Heqsetin imzaladığı hərbi xərclərə və Amerikanın xarici ölkələrə yardımına yenidən baxılması ilə əlaqədar olub.

Chosen
58
34
veteninfo.az

10Sources