Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Xətai rayonu, Gəncə prospektində yol-nəqliyyat qəzasınınbaş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalmasıbarədə məlumat daxil olub.
Trend xəbərverir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in BakıRegional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, “BYD” markalı sərnişin avtobusu ilə “Qazel” markalı yükavtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və“Qazel” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramışnəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdəqalan 1990-cı il təvəllüdlü Məmmədov Etibar Qasım oğlunu xilasedərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.