EN

Bu rayonlara yağış yağır

İyulun 8-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Şəki, Xaltan, Balakən, Şamaxı, Qobustan, Qusar, Altıağac, İsmayıllı, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerik, Astarada 4, Bakıda və Abşeron yarımadasında 2 mm-dək qeydə alınıb.

Şimal-şərq küləyinin maksimal sürəti Culfa, Şahbuzda 20, Bakıda və Abşeron yarımadasında isə 15 m/s-yə çatıb.

Chosen
188
41
publika.az

10Sources