EN

Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək QANUN DƏYİŞDİ

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əlavə olunması təsdiqlənib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Polis haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında son oxunuşda müzakirə olunub.

Sənəddə qeyd olunub ki, polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi və həmin orqanlar tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürüləcək.

Bildirilib ki, həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Məlumat üçün qeyd olunur ki, analoji norma "Prokurorluq haqqında" qanunun 39-cu maddəsində də öz əksini tapıb.

Təqdim edilən sənəd müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
17
baku.ws

10Sources