EN

Yanvar-may aylarında 22,5 milyon dollarlıq kartof ixrac edilib

Bu ilin yanvar-may ayları ərzində ölkədən 22,5 milyon ABŞ dolları dəyərində 56,7 min tondan çox kartof ixrac edilib.

Operativ Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 55,3 faiz və ya 8 milyon dollar, həcmi isə 65,4 faiz və ya 22,4 min ton artıb.

Cari ilin ilk beş ayında kartofun ümumi ixracda xüsusi çəkisi 0,2 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,6 faizə bərabər olub.

Chosen
19
2
operativmedia.az

10Sources