EN

Kiyevə “Patriot” raketləri və digər müdafiə silahlarının tədarükü müzakirə olunur

BAKI, 8 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələlərinə cavabdeh olan köməkçiləri, çərşənbə axşamı günü, Amerikanın Kiyev hakimiyyətinə silah tədarükünün aspektlərini müzakirə edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Müzakirələrdə, xüsusilə, Kiyevə "Patriot" hava hücumundan müdafiə sistemi üçün kəsici raketlərin tədarükü məsələsinin gündəmə gələcəyi bildirilir. Bu mövzu, son dövrlər Ukraynanın təhlükəsizlik sahəsində əsas prioritetlərindən biri olub.

İyulun 2-də "The New York Times" nəşri ABŞ-ın Ukraynaya Patriot raketləri, GMLRS dəqiqlikli döyüş sursatları, Hellfire idarə olunan raketlər, “Stinger” daşına bilən raket sistemləri və bir sıra digər silahların tədarükünü dayandıracağını açıqlamışdı. Bu məlumatın ardından Ukrayna Xarici İşlər Nazirliyi ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Con Qinkeli çağırmış və mövzunu müzakirə etmişdi.

Ukrayna Prezidenti Vladimir Zelenski isə bildirib ki, Avropa ölkələri Amerika tədarüklərini tam əvəzləmək iqtidarında deyil. Zelenski Ukraynanın silah ehtiyaclarının qarşılanması üçün ABŞ-ın rolunun əhəmiyyətini vurğulanıb.

İyulun 3-də isə Donald Tramp bəyan edib ki, Vaşinqton Kiyevə hərbi yardım göstərməkdə davam edir, lakin ABŞ-ın özünün də silah ehtiyacı olduğu məsələsi nəzərə alınmalıdır. Həmçinin, iyulun 7-də Tramp ABŞ-ın Kiyevə "daha bir neçə silah" göndərəcəyini açıqlayıb.

Trampın sözlərinə görə, bu tədarüklər əsasən "müdafiə xarakterli" olacaq.

Chosen
81
teleqraf.com

1Sources