Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfəri çərçivəsində bəyan edib ki, ölkəsi Qəzza zolağında həyata keçirilən hərbi əməliyyat çərçivəsində qarşıya qoyulan bütün məqsədlərə çatmaq niyyətindədir.
APA xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.
“Bu gün ağır gündür. Biz beş qəhrəman əsgərimizi itirdik. Kədər və ağrı bütün xalqımızı sarsıdır. Eyni zamanda, yalnız həlak olanların ailələrinə başsağlığı verməklə, biz Qəzzadakı hərbi məqsədlərimizə çatmaqda qərarlıyıq. Bu məqsədlərimiz bütün əsirlərimizi azad etmək, HAMAS-ın hərbi və inzibati potensialını məhv etmək və Qəzzanın bir daha İsrail üçün təhdid yaratmayacağına əmin olmaqdan ibarətdir”, – Netanyahu vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.