EN

ÇL-də 2025/26 mövsümünə start verildi

Bu gün keçirilmiş 10 qarşılaşma ilə futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, ÇL-in birinci təsnifat mərhələsi çərçivəsində 20 komanda yeni mövsümdə ilk oyununa çıxıb.

Mövsümün ilk görüşü Finlandiyada baş tutub. Yerli KuPS “Milsami”ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi Albaniya “Eqnatiya”sı isə İslandiya “Breydablik”i ilə mübarizə aparıb. Albanların 1:0 hesablı qələbəsi ilə başa çatmış oyunda təmsilçimiz meydana çıxmaq şansı qazanmayıb. “Eqnatiya” qələbə qolunu 90+2-ci dəqiqədə vurub.

“Malmö” və “Zrinski” səfərdə inamlı qələbə qazanaraq, mərhələ adlamaq üçün yaxşı şans qazanıblar.

UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinin digər 4 oyunu iyulun 9-da keçiriləcək. Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri – “Şelburn”la (İrlandiya) “Linfild” (Şimali İrlandiya) də sabah üz-üzə gələcəklər.

UEFA Çempionlar Liqası
Birinci təsnifat mərhələsi (ilk oyunlar)
8 iyul

KuPS (Finlandiya) – Milsami (Moldova) 1:0
İberiya 1999 (Gürcüstan) – Malmö (İsveç) 1:3
Noa (Ermənistan) – Buduçnost (Monteneqro) 1:0
Levadiya (Estoniya) – RFS (Latviya) 0:1
Olimpiya (Sloveniya) – Kayrat (Qazaxıstan) 1:1
Drita (Kosovo) – Differdanj (Lüksemburq) 1:0
TNS (Uels) – Şkendiya (Şimali Makedoniya) 0:0
Vikinqur (Farer adaları) – Linkoln (Cəbəllütariq) 2:3
Eqnatiya (Albaniya) – Breydablik (İslandiya) 1:0
Virtus (San Marino) – Zrinski (Bosniya və Herseqovina) 0:2

Chosen
22
4
arena.az

10Sources