AZ

Çempionlar Liqasında 10 matç keçirildi

UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünə start verilib.

Viral.az xəbər verir ki, bu gün 1-ci təsnifat mərhələsi çərçivəsində 10 matç keçirilib.

Mövsümün ilk görüşü Finlandiyada baş tutub, yerli KuPS “Milsami”ni çətinliklə də olsa, məğlub edib.

Son Yazılar:

Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi Albaniya “Eqnatiya”sı isə İslandiya “Breydablik”i ilə mübarizədən çətin qələbə ilə ayrılıb. Millimizin üzvü meydana çıxmaq şansı qazanmayıb.

Mərhələnin digər 4 oyunu iyulun 9-da olacaq. Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri – “Şelburn”la (İrlandiya) “Linfild” (Şimali İrlandiya) də sabah qarşılaşacaqlar.

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi, ilk oyunlar

8 iyul

KuPS (Finlandiya) – Milsami (Moldova) 1:0

İberiya 1999 (Gürcüstan) – Malmö (İsveç) 1:3

Noa (Ermənistan) – Buduçnost (Monteneqro) 1:0

Levadiya (Estoniya) – RFS (Latviya) 0:1

Olimpiya (Sloveniya) – Kayrat (Qazaxıstan) 1:1

Drita (Kosovo) – Differdanj (Lüksemburq) 1:0

TNS (Uels) – Şkendiya (Şimali Makedoniya) 0:0

Vikinqur (Farer adaları) – Linkoln (Cəbəllütariq) 2:3

Eqnatiya (Albaniya) – Breydablik (İslandiya) 1:0

Virtus (San Marino) – Zrinski (Bosniya və Herseqovina) 0:2

Seçilən
18
5
viral.az

10Mənbələr