EN

Rusiya Ukraynaya dron və raketlərlə hücum edir

Rusiyaya məxsus uzaqmənzilli MiQ-31K qırıcısının havaya qalxması ilə əlaqədar Ukraynanın bütün ərazisində hava həyəcanı elan edilib.

APA xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

Bundan əlavə, Ukrayna səmasında çoxsayda dron müşahidə olunub.

Məlumata görə, Kiyev vilayətinin hava məkanında PUA-lar qeydə alınıb və onlara qarşı hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərir.

Eyni zamanda Dnepr şəhərinin sakinləri partlayış səsləri eşitdiklərini bildiriblər.

Chosen
21
4
apa.az

5Sources