EN

Jotanın ölümü ilə bağlı təfərrüatlar bəlli oldu

BAKI, 9 iyul. TELEQRAF

Portuqaliya millisinin və "Liverpul"un hücumçusu Dioqo Jotanın avtomobili maneəyə çırpıldıqdan sonra alovlanıb.

Teleqraf “El Pais” nəşrinə istinadən xəbər verir ki, bu barədə Zamora Mülki Qvardiyası məlumat yayıb.

Məlumata görə, futbolçu və qardaşı Andre Silvanın maşını həddindən artıq yüksək sürətlə idarə etməsi avtomobilin yolda fırlanmasına səbəb olub.

Yolun bu hissəsində sürət həddinin 120 km/saat olduğu vurğulanır.

Mövcud araşdırmanın nəticələrinə görə, "Liverpul"un hücumçusunun maşını çox güman ki, yüksək sürətlə yük maşınını ötməyə çalışıb.

Yada salaq ki, futbolçu və qardaşı İspaniyanın Zamora bölgəsində qəzaya uğrayıb və hər ikisi hadisə yerində ölüb.

Chosen
30
teleqraf.com

1Sources