EN

Öcalan PKK-ya yenidən çağırış etdi

1999-cu ildən bəri İmralı həbsxanasında saxlanılan PKK lideri Abdullah Öcalan, video müraciətində təşkilat üzvlərinə bir daha silahları yerə qoyma çağırışı edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, PKK-nın bu həftə rəsmi şəkildə silah buraxma mərasimi keçirməsi gözlənilir.

Eyni zamanda, Türkiyə Böyük Millət Məclisində (TBMM) bu proseslə bağlı xüsusi komissiyanın yaradılması da müzakirə mövzusudur.

PKK lideri Öcalanın mərasimə mesaj göndərib-göndərməyəcəyi ictimaiyyətdə maraq doğurarkən, onun həm görüntülü, həm də səsli şəkildə etdiyi açıqlama artıq ictimaiyyətə təqdim olunub.

Öcalanın bu çağırışının yaxın günlərdə təşkilat daxilində və siyasi arenada hansı reaksiyalara səbəb olacağı diqqətlə izlənilir.

Chosen
45
teleqraf.com

1Sources