EN

Finala çıxan "Çelsi" KDÇ-2025-də görün nə qədər qazanıb

Klublararası dünya çempionatının yarımfinalında "Fluminense"yə qalib gələrək (2:0) turnirin ilk finalçısı olan "Çelsi"nin qazancı məlum olub.

Publika.az xəbər verir ki, London klubu bu turnirdə indiyədək 110 milyon dollar gəlir əldə edib. Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Finalda qalib gələcəkləri halda FIFA kluba əlavə olaraq 10 milyon dollar mükafat verəcək.

Turnirin ikinci yarımfinal qarşılaşmasında bu gün Fransanın PSJ klubu və İspaniya təmsilçisi "Real" üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Chosen
67
36
publika.az

10Sources