AZ

Bu gecə dünya çempionu bəlli olur – PSJ vs "Çelsi"!

Finss.az - ABŞ-də keçirilən Klublararası Dünya Çempionatının final qarşılaşması bu gecə baş tutacaq.

Həlledici oyunda Fransanın PSJ və İngiltərənin "Çelsi" komandaları üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 23:00-da start götürəcək oyun mövsümün ən çox gözlənilən matçlarından biri hesab olunur. PSJ bu turnirə UEFA Çempionlar Liqasının qalibi kimi qatılıbsa, "Çelsi" Konfrans Liqasında qazandığı uğur sayəsində finala vəsiqə qazanıb.

Turnir ərzində hər iki komanda uğurlu çıxışı ilə seçilib. PSJ hücum xəttindəki parlaq performansı ilə yadda qalıb, "Çelsi" isə daha taktiki və müdafiəyə dayalı oyun üslubu ilə irəliləyib.

Futbol azarkeşləri bu gecə dünya futbolunun yeni klub çempionunun adını öyrənəcək.

Seçilən
15
36
fins.az

10Mənbələr