EN

Rusiya ötən gecə Ukraynaya 741 hava hücumu edib

İyulun 8-dən 9-na keçən gecə Rusiya Ukraynaya 741 hava hücumu edib, onlardan 718-i zərərsizləşdirilib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin məlumatında bildirilib.

Ukrayna Hərbi Hava Qüvvələri Telegram-da qeyd edir ki, hücumların 728-i “Şahed” və müxtəlif tipli digər  pilotsuz təyyarələr vasitəsilə edilib.

Hava hücumu aviasiya, zenit-raket qoşunları, elektron döyüş bölmələri və pilotsuz sistemlər, Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib.  Bununla belə, dağıtıvlar və itkilərin olduğu da bildirilib.

Chosen
35
1
modern.az

2Sources