ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyulun 8-dən 9-na keçən gecə Rusiya Ukraynaya 741 hava hücumu edib, onlardan 718-i zərərsizləşdirilib.Modern.az xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin məlumatında bildirilib.
Ukrayna Hərbi Hava Qüvvələri Telegram-da qeyd edir ki, hücumların 728-i “Şahed” və müxtəlif tipli digər pilotsuz təyyarələr vasitəsilə edilib.Hava hücumu aviasiya, zenit-raket qoşunları, elektron döyüş bölmələri və pilotsuz sistemlər, Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib. Bununla belə, dağıtıvlar və itkilərin olduğu da bildirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.