EN

Ağdam-Füzuli yolunda mikroavtobus aşdı: Xəsarət alan şəxslər fəhlələr imiş

Ağdam-Füzuli yolunda “Ford” markalı mikroavtobusun qəzaya uğraması ilə bağlı bəzi təfərrüat məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən şəxslər Ağdam rayonunun Baharlı kənd sakinləridir.

Bildirilib ki, hadisə fəhlə kimi çalışan şəxslərin azad edilmiş ərazilərdə fərdi sahibkara məxsus əkin sahəsində alaq işləri üçün getdikləri zaman baş verib.

Chosen
48
editor.az

1Sources