Türkiyə Ticarət Nazirliyi tərəfindən sosial mediada gündəmə gələn, üzərində təhqiramiz ifadələr olan rakı stəkanlarını satan firmaya qarşı tədbir görülüb.
Yenisabah.az xəbər verir ki, nazirlik tərəfindən həmin məhsulları satan firmaya 550 min TL cərimə tətbiq edilib.
Nazirlikdən verilən açıqlamada bildirilib: Dördpendirli pizza
"Sosial mediada yer alan paylaşımda internet saytında təhqiramiz ifadələr yazılmış rakı stəkanlarının satıldığı müəyyən edilib. Nazirliyimizə bağlı Reklam Şurası tərəfindən keçirilən iclasda məsələ qiymətləndirilib və məsul firmaya 550 min TL inzibati cərimə verilməsi barədə qərar qəbul edilib."
Nazirlik, eyni zamanda, ictimai əxlaq və ümumi əxlaqi dəyərləri pozan məhsul və reklamların qanunla qadağan olunduğunu xatırladıb. Bildirilib ki, bu tip məhsullarla bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.
Aydan Hacı
Telegram kanalımız