Bu barədə Aktual.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 5.12, yəni "Avtobusun dayanacaq yeri” nişanının tələbini pozan digər hərəkət iştirakçıları polis əməkdaşı tərəfindən vizual olaraq və ya xüsusi texniki vasitələrlə aşkarlandığı təqdirdə barələrində inzibati xəta protokolu tərtib edilir:
"Həmçinin, sürücülər onu da bilməlidirlər ki, dayanacaqlarda avtobusların normal hərəkətinə, sərnişinlərin rahat minib-düşməsini təmin etmək məqsədi ilə qeyd edilən nişanın qoyulduğu yerdən hər iki tərəfə 15 metrdən az olmamaqla yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və durması da qadağandır. Yaşayış məntəqələrində sürücülər dayanacaqdan hərəkətə başlayan avtobuslara yol verməli, avtobus sürücüləri isə yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlamalıdırlar".