“Gəncə” voleybol klubu yeni məşqçi ilə anlaşıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı Yulian Karlos Qiraldes bundan sonra Gəncə komandasında fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Argentinalı çalışdırıcı ilə 1 mövsümlük müqavilə bağlanılıb.

Qiraldes bundan öncə öz vətənində “Gimnasia y Esgrima La Plata” və “Estudiantes de La Plata” komandalarında işləyib.