EN

"Araz-Naxçıvan"ın rəqibi "Aris" son yoxlama oyununda da uduzub

Bakı. Trend:

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində"Araz-Naxçıvan"ın rəqibi olan Yunanıstanın "Aris" klubu Niderlandtoplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Trend xəbər verirki, "Aris" bu dəfə Niderlandın "AZ Alkmaar" klubu ilə qarşılaşıb və2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yunanıstanlılar bundan əvvəlki yoxlama matçlarındada uğursuz nəticə göstəriblər – Şotlandiyanın "Livingston" klubuna1:3, Belçikanın "Anderlext"inə isə 0:1 hesabı ilə uduzublar.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində"Araz-Naxçıvan" – "Aris" qarşılaşmaları iyulun 24-ü və 31-də baştutacaq.

Chosen
82
1
az.trend.az

2Sources