AZ

"Aris" son yoxlama oyununda da uduzub

Yazını böyüt
Yazını kiçilt

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan Yunanıstanın "Aris" klubu Niderland toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Hafta.az xəbər verir ki, "Aris" bu dəfə Niderlandın "AZ Alkmaar" klubu ilə qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yunanıstanlılar bundan əvvəlki yoxlama matçlarında da uğursuz nəticə göstəriblər – Şotlandiyanın "Livingston" klubuna 1:3, Belçikanın "Anderlext"inə isə 0:1 hesabı ilə uduzublar.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində "Araz-Naxçıvan" – "Aris" qarşılaşmaları iyulun 24-ü və 31-də baş tutacaq.

Seçilən
38
1
hafta.az

2Mənbələr