İsrail ordusu Yəməndən atılan raketi ölkənin bir neçə bölgəsinə hava hücumu sirenləri səsləndikdən sonra vurduğunu bildirib..
Poliqon bu barədə Reuters nəşrinə istinadən xəbər verir.
Yəmənin ən sıx məskunlaşdığı bölgələrinə nəzarət edən husilər hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. Onlar müntəzəm olaraq İsrailə zərbələr endirir və gəmiçilik marşrutlarına hücum edirlər.
Husilər deyirlər ki, onların hücumları 2023-cü ilin sonunda İsrailin hücumu nəticəsində 57 mindən çox insanın ölümünə səbəb olan Qəzza zolağında fələstinlilərlə həmrəylik aktıdır.
Poliqon.info