EN

Goranboyda minik avtomobili gölə düşdü

ain.az bildirir, Lent az portalına istinadən.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Ağcakənd-Börü yolunda  qeydə alınıb.

Belə ki, Laçın rayon sakini 1999-cu il təvəllüdlü T. İsayev idarə etdiyi  “Niva” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarındakı gölə düşüb.

Məlumata görə gölə düşən avtomobilin sürücü hadisə yerindən yayınıb. Onun haqqında hələ ki, heç bir məlumat yoxdur.

Hadisə yerinə hüquq  mühafizə orqanların əməkdaşları cəlb edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
7
lent.az

8Sources