EN

Ağdərədə mina partladı: XƏSARƏT ALAN VAR

Ağdərədə mina hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, hadisə Ağdərə rayonunun Həsənqaya ərazisində qeydə alınıb.

 

Belə ki, Şıxarx qəsəbə sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu həmin ərazidə mal otararkən mina partlaması nəticəsində xəsarət alıb.

 

Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.

Chosen
45
5
senzor.az

10Sources