EN

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb  

Bu gün dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir.

Heyətin 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.

Qeyd edək ki, beynəlxalq səyahətçilər son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.

Chosen
44
28
azerbaijan-news.az

10Sources