EN

FİFA reytinqi açıqlandı: Millimiz yenə gerilədi

FİFA iyul ayı üçün milli komandalarının reytinqini yeniləyib.

Publika.az xəbər verir ki, Azərbaycan yığması ötən ayla müqayisədə 3 pillə geriləyib. Fernandu Santuşun rəhbərlik etdiyi komanda 1148 xalla 122-ci sırada qərarlaşıb.

"İlk 5"-likdə heç bir dəyişiklik baş verməyib, Argentina hələ də İspaniya, Fransa, İngiltərə və Braziliyanı qabaqlayaraq birinci yerdədir. UEFA Millətlər Liqasının qalibi olan Portuqaliya Niderlandı ötərək 6-cı yerə yüksəlib. Almaniya və Xorvatiya milliləri isə İtaliyanı "ilk 10"-luqdan kənarlaşdıraraq bir pillə irəliləyiblər.

Chosen
32
publika.az

1Sources