EN

bp-dən Azərbaycan milli mətbuatının 150 illiyinə töhfə

Bakı. Trend:

bp Azərbaycanda həyata keçirdiyi sosial sərmayə fəaliyyətləriçərçivəsində daha bir mühüm mədəni irs layihəsinə dəstək verib.

Trend xəbər verir ki, layihəçərçivəsində bp XX əsrin əvvəllərində Azərbaycanın intellektual vəədəbi həyatının formalaşmasında mühüm rol oynamış nüfuzlu nəşr olan“Dirilik” jurnalının bütün saylarının transliterasiya olunmuşvariantının çapını maliyyələşdirib.

Bütövlükdə layihə “Dirilik” jurnalının orijinal mətnlərinin əskiəlifbadan (ərəb) Azərbaycan dilinin müasir əlifbasınatransliterasiya etməklə həmin dəyərli yazıların bu gününoxucularına, tədqiqatçılarına və gələcək nəsillərə əlçatan olmasınıtəmin etmək məqsədi daşıyır.

Bu təşəbbüs bp-nin Azərbaycanın zəngin mədəni irsini və tarixinitəbliğ etmək öhdəliyinin bir hissəsi olmaqla şirkətin ölkə vəxalqla uzunmüddətli tərəfdaşlığını bir daha vurğulayır.

“Bu nəşri maliyyələşdirməkdən çox məmnunuq, çünki bu,Azərbaycanın mədəni və intellektual irsinin qorunmasına vətəbliğinə mühüm töhfədir. Bu tarixi mətnlərin müasir oxucular üçünyenidən canlandırılmasına yönəlmiş səyləri dəstəkləməkdən qürurduyuruq.

Jurnalın ilk buraxılışında baş redaktor Əliabbas Müznibinoxucuları tarixdən dərs almağa və milli özünüdərk və maarifləndirməyolu ilə həm fiziki, həm də mənəvi diriliyi mənimsəməyə çağırdığı“Məqsədlərimiz” adlı redaksiya məqaləsi dərc olunmuşdu. Jurnalınşüarı olan “Mətbuatın sözü əsrin sözü olmalıdır” ifadəsi isə onunmaarifləndirici və ruhlandırıcı missiyasını əks etdirirdi. Ümidedirik ki, biz Azərbaycanın erkən dövr mətbuatının parlaqnümunələrinin transliterasiyasını dəstəkləməklə bu missiyanı indidə qürurla davam etdirən Azərbaycanın milli mətbuatının 150 illikyubileyinə töhfə vermiş oluruq”, - deyə bp-nin Xəzər regionu üzrəvitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.

İlkin olaraq, 1914–1916-cı illərdə nəşr edilən “Dirilik” jurnalıAzərbaycan publisisti, yazıçısı və siyasi xadimi Mirzə BalaMəhəmmədzadə tərəfindən “Türk dünyasının ədəbi, ictimai və siyasijurnalı” kimi xarakterizə olunub. Jurnalda ictimai və siyasihadisələrə, ədəbiyyata, mədəniyyətə və tarixə dair məqalələr dərcolunur, milli birliyin, mədəni tərəqqinin və milli kimliyintəbliğinə xüsusi önəm verilirdi.

“Dirilik” jurnalında Məhəmməd Əmin Rəsulzadə, İsmayıl bəyQaspıralı, Cəfər Cabbarlı, Əliağa Vahid və digər tanınmışAzərbaycan ziyalılarının, yazıçı və şairlərin əsərləri dərc olunub.Bu jurnal öz dövrünün ən mühüm ədəbi və ideoloji mərkəzlərindənbiri kimi tanınır.

Layihə “Milli irs” mədəni-tarixi tədqiqat fondu tərəfindənhəyata keçirilib.

bp bu toplunun nəşr xərclərini qarşılamaq üçün 25 min manat (14min 700 dollar) vəsait ayırıb.

Məqalədə:
Chosen
296
32
az.trend.az

10Sources