AZ

bp şirkəti ilə Azərbaycanda iki mühüm layihə üzrə müqavilələr imzalanıb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) ABŞ-ın beynəlxalqmühəndislik, tikinti və texnologiya xidmətləri göstərən şirkəti KBRilə birgə müəssisəsi olan SOCAR-KBR MMC bp şirkəti ilə Azərbaycandaiki mühüm layihə üzrə müqavilə imzalayıb.

Trend bubarədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, bu müqavilələrdən biri Azərbaycanın ən böyükneft-qaz terminalı olan Səngəçal Terminalının Elektrifikasiyası(STEL) layihəsinə, digəri isə “Şahdəniz Kompressor” (SDC) qazyatağı layihəsinə aiddir.

Müqavilə şərtlərinə əsasən, SOCAR-KBR hər iki layihə üzrəətraflı mühəndislik dizaynı və satınalma xidmətlərini həyatakeçirəcək. Şirkət daha əvvəl STEL layihəsinin ilkintexniki-iqtisadi əsaslandırmasını (FEED) və SDC layihəsinin ilkin(pre-FEED) və əsas FEED mərhələsini uğurla başa çatdırıb. Bu yenitapşırıqlar BP-nin SOCAR-KBR-ə olan davamlı inamını əksetdirir.

SOCAR-KBR-nin Bakıda yerləşən komandasının 95%-dən çoxuazərbaycanlı mühəndis, dizayner və digər mütəxəssislərdənibarətdir. Layihə yerli ekspertlərin bilik və təcrübəsi ilə, eynizamanda KBR-nin qlobal komandasının dəstəyi ilə Bakı ofisitərəfindən həyata keçiriləcək.

Seçilən
403
32
az.trend.az

10Mənbələr