EN

Patriotu Ukraynaya kimlər vermək istəmir?

Hazırda Ukraynanın hava hücumundan müdafiəsi üçün “Patriot” zenit-raket sistemlərinə ehtiyac var, lakin bir sıra NATO ölkələri dəstək bəyanatlarına baxmayaraq, onları Kiyevə ötürmək istəmirlər.

XəzərNews.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio iyulun 10-da “The Indian Express” tərəfindən yayımlanan brifinqdə bildirib.

"Əgər bir çox Avropa ölkələrinin iddia etdiyi kimi, Ukrayna həqiqətən də prioritetdirsə, o zaman onlar hazırda ehtiyacı olmayan patriotları paylaşmağa hazır olmalıdırlar. Ümid edirəm ki, biz NATO-dakı bəzi tərəfdaşlarımızı bu Patriot batareyalarını Ukraynaya verməyə inandıra biləcəyik, çünki onlara sahib olan bir sıra ölkələr var, lakin heç kim onlardan ayrılmaq istəmir", - dövlət katibi vurğulayıb.

O, xüsusilə Ukraynadan uzaqda yerləşən İspaniyanı, eləcə də Almaniyanı nəzərdə tutduğunu izah edib.

Xəbər 65 dəfə oxunub.
Chosen
69
50
xezernews.az

10Sources