EN

Rusiyada zavodda qəza oldu, ÖLƏN VƏ YARALANANLAR VAR

Ajans.az Rusiya KİV-ə istinadən xəbər verir ki, sexdə təmir işləri aparılan zaman borunun hermetikliyinin pozulması nəticəsində yüksək təzyiqli buxar tullantısı yaranıb. İnsident nəticəsində 1 fəhlə yerindəcə keçinib, daha 4 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. İstintaq Komitəsinin məlumatına görə, zərərçəkmişlərdən ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağırdır. İstintaq orqanları artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci bəndi (ehtiyatsızlıqdan şəxsin ölümü ilə nəticələnən əməyin mühafizəsi tələblərinin pozulması) ilə cinayət işi açıb.

Hadisə yerində regional İstintaq Komitəsinin kriminal ekspertlərinin də daxil olduğu əməliyyat-istintaq qrupu işləyir. Müstəntiqlər qəzanın dəqiq səbəblərini və şəraitini müəyyən etmək üçün bir sıra tədbirlər həyata keçirirlər.

Chosen
32
9
Ajans.az

10Sources