Əvvəli ötən sayımızda
Qan düşmənçiliyinin qısa tarixiHadisənin gerçək üzünü və mahiyyətini həm bir tarixçi, həm də bir Azərbaycan qadını olaraq fəhm edən Sara Aşurbəyli “Bakı şəhərinin tarixi” əsərində bildirirdi ki, “əlli ildən sonra rus hərbçilərinə bu cür divan tutulması yalnız yaxın qohumların intiqamının alınması ilə izah edilə bilər”.
Özünün də salyanlılarla yaxın qohumluq əlaqəsi olan professor Sara Aşurbəyli (Əli bəy Hüseynzadənin qardaşının gəlini idi) aradan keçən hansı əlli ili nəzərdə tuturdu? Məsələ də elə həmin bu əlli il söhbətindədir.
Burda sözə qüvvət olsun deyə, əvvəlcə 1667-68-ci illərdə Salyanı gəzib dolaşan Övliya Çələbinin “Səyahətnamə”sindən bir məqamı xatırlatmaq istəyirəm. Çələbi yazırdı: “Bəzən Moskva kazağı kənarı sazlı gəmilərlə Kür nəhrinə girib əcəm şəhərlərini nəhb (yağma) və qarət edərlər. Aldıqları əsirləri Gilan bazarına aparıb satarlar”. Tarixdən isə bəllidir ki, şəhərləri yağma və qarət edən, oğurladığı adamları Gilan bazarına aparıb satan Moskva kazaklarının başında Stepan Razin dayanırdı. Övliya Çələbi Salyanı məhz Stepan Razinin qarət etdiyi ildə ziyarət etmişdi. Və təbii ki, Moskva kazağının qarətləri barədə məlumatı da ona yerli əhali vermişdi. 1667-ci ildə Salyana basqın edərək, yerli xanın qızını da əsir götürən Razin bu “gözəl və əsilzadə qızı” Gilan bazarına aparmamış, onu öz yanında saxlamışdı. Bunu, dediyim kimi, “kənarı sazlı” gəmidəkilərdən biri, Razin tərəfindən əsir götürülmüş holland əsilli İsveç səfiri, hadisənin şahidi Lüdviq Fabritsius yazıb.
“Zapiski inostrançev o vosstanii Stepana Razina” (Leninqrad, 1968) kitabında Lüdviq Fabritsiusun təxminən, 1667-ci ilin payızında şahidi olduğu bir hadisə nəql olunur: “Stenka əvvəlcə oğurladığı gözəl və əsilzadə tatar qızı qeyri-adi şəkildə qurban verdi. Onu bir il əvvəl əsir almışdı... Qəfil, sübh tezdən geri çəkilmək ərəfəsində o yataqdan qalxdı, yazıq qızcığaza ən gözəl libaslarını geyindirdi və dedi ki, ötən gecə Yaik (Ural) çayının tabe olduğu su tanrısı İvan Qorinoviç zühur edərək ona tənə vurmuşdur ki, Stenka artıq üç ildir ki, uğurlar qazanır, İvan Qorinoviçin köməkliyi ilə xeyli var-dövlət toplayıb, amma öz vədlərini yerinə yetirmir. Axı, o, ilk dəfə Yaik çayına səcdə edərkən Qorinoviçə vəd etmişdi ki, “əgər sənin köməyinlə uğur qazansam, əldə etdiyim ən yaxşı şeylərdən sənə də verəcəyəm”. Bundan sonra bədbəxt qadını götürdü. Bu sözləri deyib onu çaya atdı: “Ey qoruyucum, bunu qəbul et, mənim sənə iltifat etməyə, yaxud qurban verməyə bu gözəl qadından başqa yaxşı heç nəyim yoxdur”.
“Osenğö 1667 qoda razinüı zaxvatili znatnuö i krasivuö “tatarskuö devu”, s kotoroy Stenğka Razin delil loje. İ pered tem, kak otplıtğ iz Əiükoqo qorodka, Razinu əkobı əvilsə vo sne “vodənoy boq İvan Qorinoviç”, kotoromu podvlastna reka Əik. Boq stal uprekatğ atamana v tom, çto on ne sderjal obehaniə i ne otdal emu samoy üennoy dobıçi. Razin prikazal devuşke nadetğ svoi luçşie narədı, i koqda çelnı vıplıli na reçnoy prostor Əika (ne Volqi) brosil krasaviüu v reku so slovami: “Primi gto, pokrovitelğ moy, Qorinoviç, u menə net niçeqo luçşeqo, çto ə moq bı prinesti tebe v dar...”
Fabritsiusun yazdıqlarına bəzi məqamları əlavə etməyə ehtiyac var. “Bədbəxt qadını çaya atdı” sözləri Razinin iyrənc hərəkətini tam əks etdirmir. Başqa bir qaynaqda hadisənin təsviri fərqlidir: “Şahzadəni (tatar qızını) məşuqəsi olmağa məcbur etdi. Qəzəblənib sərxoş olub, düşünmədən o qıza zülm etdi və Volqaya üz tutub dedi: “Sən gözəlsən, çay, səndən bu qədər qızıl, gümüş və ləl-cəvahirat almışam, sən mənim şərəfimin, şöhrətimin atası və anasısan və sənə hələ heç bir şey qurban vermədim. Mən daha nankor olmaq istəmirəm!” Sonra bir əli ilə bədbəxt şahzadənin boynundan, digəri ilə ayaqlarından tutub çaya atdı. Salyanlı qızın qətli belə baş verir. Razin boynundan və ayaqlarından tutaraq onu bu şəkildə Volqa çayına atır, Salyan xanının Kür üstündə doğulub böyüyən qızını Volqa çayında bütpərəst slavyanların Su ilahına qurban verir.
Bu hadisə sonralar Stepan Razin barədə uydurulmuş miflərdən biri kimi, onu müqəddəsləşdirmək istəyən rusların dilinin əzbəri oldu. Yuxarıda xatırlatdığım epizod Vasili Qonçarovun ssenarisi ilə rejissor Vladimir Romaşkovun 1908-ci ildə çəkdiyi Razin barədə filmin süjet xəttinə çevrildi, hətta filmin finalı da salyanlı xanımın Razin tərəfindən vəhşicəsinə Volqa çayına atılması ilə bitirdi. Rus şairləri bunu Razinin qəhrəmanlığını vəsf edən şeirlərdə tərənnüm etdilər. Məsələn, o şeirlərin ən məşhurunu Sadovnikov 1883-cü ildə yazdı: “İz-za ostrova na strejenğ”. Şeirə bəstələnmiş mahnı Rusiya ordusu hərbi orkestrinin ifasında, hətta rus qəhrəmanlığını vəsf edən mahnı kimi bu gün də sevilərək ifa olunmaqdadır. Mahnını Vladimir Vısotski də oxuyub:
İz-za ostrova na strejenğ,
Na prostor reçnoy volnı
Vıbeqaöt raspisnıe,
Ostroqrudıe çelnı.
Na perednem Stenğka Razin,
Obnəvşisğ s svoey knəjnoy,
Svadğbu novuö spravləet
İ veselıy i xmelğnoy.
A knəjna, sklonivşi oçi,
Ni jiva i ni mertva,
Robko sluşaet xmelğnıe,
Nerazumnıe slova.
“Niçeqo ne pojaleö!
Buynu qolovu otdam!” -
Razdaetsə po okrestnım...
Bereqam i ostrovam.
“İşğ tı, bratüı, ataman-to
Nas na babu promenəl!
Noçku s neö povozilsə -
Sam nautro baboy stal...
Oşalel...” Nasmeşki, şepot
Slışit pğənıy ataman -
Persiənki polonennoy
Krepçe obnəl polnıy stan;
Qnevno krovğö nalilisə
Atamanovı qlaza,
Brovi çernıe navisli,
Sobiraetsə qroza.
“Gx, kormiliüa rodnaə,
Volqa, matuşka-reka!
Ne vidala tı podarkov
Ot donskoqo kazaka!..
Çtobı ne bılo zazorno
Pered volğnımi lödğmi,
Pered volğnoö rekoö, -
Na, kormiliüa... vozğmi!”
Mohnım vzmaxom podnimaet
Polonennuö knəjnu
İ, ne qlədə, proçğ kidaet
V nabejavşuö volnu...
“Çto zatixli, udalıe?.
Gy tı, Frolka-çert, pləşi!..
Qrənğ, rebəta, xorovuö
Za pomin ee duşi!..”
Şeirin sonunda bir məqam var. Razin gözəl və əsilzadə salyanlı qızı Volqa çayında boğandan sonra ətrafına səslənir, kazakları rəqsə və qızın ruhunu anmaq üçün xorla oxumağa çağırır.
Həmin günlərdə, yəni 1667-ci ildə gəmi mütəxəssisi sifəti ilə Salyanda olan Holland səyyahı Jan Streys Razinin əsir götürdüyü xan qızını əsir götürülməzdən əvvəl görmuşdü. Streys salyanlı qızın geyim-keçimini də təsvir edib: “O, qızıl və gümüşlə toxunmuş paltar geyinir, kraliça kimi mirvari, brilliyant və digər qiymətli daşlarla bəzənirdi. Çox gözəl və mehriban qız idi, Razin hər işdə onun xoşuna gəlməyə çalışırdı, qız da onun qəddarlığından qorxaraq ona təslim oldu, amma yenə də bu vəhşi heyvanın əlində belə dəhşətli şəkildə ölməli oldu”.
Təbii ki, qızıl və gümüşlə toxunmuş paltar geyinmək, kraliçalar kimi mirvari, brilliyant daşlarla süslənmək xan qızına yaraşan bir geyim idi. Çarəsiz qız Razinə qəddarlığından qorxaraq təslim olmuşdu və nəhayət, bu vəhşi heyvanın əli ilə də qətlə yetirilmişdi. Razin Slavyan bütpərəstidir və bəzi qaynaqlarda onu Su ilahı İvan Qorinoviçin kahini adlandırırlar... O, salyanlı qızı öz ilahına qurban vermişdi.
***
Salyan naibi Həsən bəyin həyat yoldaşı Qəbulə xanımla I Pyotr arasında gizli-aşkar şəkildə təzahür edən qan düşmənçiliyi Ural çayında Razinin İvan Qorinoviçə qurban verdiyi əsilzadə və gözəl salyanlı qızın, Salyan xanının nakam balasının Qəbulə xanım tərəfindən əlli yeddi ildən sonra alınmış qisasıydı ki, o dövrdə Rusiyanı məhvərindən oynatmışdı. Lakin, fikrimcə, bu qisas hadisəsi ailə, nəsil çərçivəsini aşaraq, milli şərəfin təhqir olunmasına, torpaqlarımızın işğalına dözə bilməyən bir türk xanımının I Pyotra acıqlı, qanlı cavabı səviyyəsinə yüksəlir. Əlli yeddi il əvvəl oğurlanaraq sonra da öldürülmüş xan qızının ruhu naminə xan qızı Qəbulə xanımın qisası namus davası şəklində belə gerçəkləşmişdi.
(Qəribədir, Vasili Qonçarovun Stepan Razin barədə çəkdiyi filmdəki qızın da xəyali sevgilisinin adı Həsəndir. Rus hərbçilərinə divan tutan Qəbulənin də ərinin adı Həsən idi)
Dövrün səciyyəsi. Rusiya, İran, Osmanlı I Pyotr, II Təhmasib və III Əhməd
Ümumiyyətlə, o dövrün tarixi situasiyası çox mürəkkəb və gərgindir.
Rusiya, əvvəldə qeyd etdiyim kimi, İsveçlə 20 illik müharibədən qalib çıxıb. Məğlub olmuş İsveç kralı Osmanlıya sığınıb. Kralı təqib edən rus birliklərinin osmanlı ərazilərinə girməsi əsas vermişdi ki, Osmanlı dövləti Rusiyaya müharibə elan etsin. Osmanlının güclü müqaviməti ilə qarşılaşan rus qoşunları Prut çayı ərazisində mühasirəyə düşmüş, hətta Pyotr döyüş meydanından senata az qala, vida məktubu yazmışdı: “Mənim bütün əsgərlərimlə aldığım uydurma xəbərlər üzərinə bizim qüvvətlərdən bir neçə dəfə üstün Osmanlı ordusu tərəfindən əhatə olundum. Yeyəcək yolları tamamən türklərin əllərində olub Allahın lütfü olmazsa, məğlub və əsir ediləcəyimə şübhə etmirəm. Əgər əsir düşərsəm, məni özünüzə çar tanımayın və bir şey əmr edərsəm, buna əməl etməyin...”
Prut çayı üzərindəki məğlubiyyətdən sonra ruslar Rusiya ilə Osmanlı arasında əbədi sülh müqaviləsi imzaladılar. Və Osmanlı və Rusiya arasında diplomatik danışıqlar başlandı. Ruslarla türklər arasında Bakıya sahiblənmək uğrunda mücadilə bundan sonra daha da kəskinləşdi. Bakıya sahib çıxılması Rusiyanın da, Türkiyənin də başlıca siyasi hədəfidir. I Pyotru Xəzər sahillərinə tələsdirən ən əsas səbəb də Osmanlı dövlətinin bölgədə aktivləşməsiydi. “Bizim Kaspi dənizi sahillərini ələ keçirməyə böyük ehtiyacımız vardır. Biz türkləri buraya buraxa bilmərik”. Bunu həmin illərdə I Pyotr deyir. Sultan III Əhməd isə Prut zəfərindən sonra 1723-cü ilin 6-7 avqustunda İstanbulda - Babialidə və Beşiktaşda Rusiya-Osmanlı arasında imzalanacaq müqavilənin müzakirəsi zamanı “tamamən İslam ölkəsi olan Dərbənd və Bakı tərəflərinin çox zaman əvvəl osmanlıların əlində bulunduğundan yenə onlara aid olması lazım gəldiyini” hökm edirdi. Osmanlının şərti bu idi. Buna qarşı çıxan isə İsfahanda II Təhmasib, Peterburqda isə I Pyotr oldu. Bir sözlə, dövr tamamilə mürəkkəb dövrdür.
Burda həssas bir məqam var.
Molçanovun “Diplomatiə Petra Pervoqo” kitabında qeyd olunur ki, Azərbaycandakı usmi knyazları və müsəlman rəhbərlər Osmanlı imperiyasından kömək istəyirdilər. Salyanda da Qəbulənin atası Hüseyn xan usmilərdən idi. Bir sözlə, Osmanlı faktoru Salyanda çox güclüydü. Osmanlının da diqqəti əsasən Bakıda və Salyandaydı. Qəbulə elə bir hərəkət etmişdi ki, rus hərbi birlikləri Salyanı tərk etmək məcburiyyətində qalmışdı. Ardıyca da bir neçə aydan sonra gözləniləmədən Pyotr öldü. Bu iki hadisə Qafqazda geosiyasi vəziyyəti Osmanlının xeyrinə dəyişirdi.
Burda daha bir həssas məqama diqqət yetirməliyik. Bunu xüsusilə qeyd etməliyik ki, başlanğıcda, yəni XVIII yüzilin ilk illərində Azərbaycanın heç də bütün bölgələri Rusiyaya meyil etmirdi. Bu qənaət, hətta rusmərkəzli sovet tarixşünaslığına da yansımışdı. Sovet tarixşünaslığında belə bir qənaət ehtiyatla da olsa, etiraf olunurdu ki, “Yalnız Türkiyəyə meyil göstərən bir neçə yerli feodal rus qoşunlarının hərəkətinə mane olmağa cəhd göstərirdi”. Hansı feodallardan söhbət getdiyi məlum olmasa da, təbii ki, bu sırada əsas sima antirus hərəkata rəvac verən Salyan hakiməsi Qəbulə xanımdır. Çünki faktiki olaraq, XVIII yüzilin ilk illərində, daha doğrusu, Pyotr dövründə Rusiyaya qarşı ilk və yəqin ki, yeganə etiraz dalğası Salyanda Qəbulə xanımın, görünür, planlı şəkildə həyata keçirdiyi qanlı qisas hadisəsi ilə gerçəkləşmişdi.
Digər tərəfdən, Salyan da son çağlarını yaşayan səfəvi dövlətinin ərazisi kimi siyasi ziddiyyətlərin qoynundadır. İstər 1724-cü ildə məlum hadisəni törədən Qəbulə xanım, istərsə də Stepan Razinin 1667-ci ildə Salyandan oğurlayıb sonra Volqa çayında qətlə yetirdiyi Qəbulə xanım - ikisi də tarixi qaynaqlarda “tatar qızı” yaxud “iran knyaginyası” adlandırılır.
Məsələ burasındadır ki, Türkiyənin bu torpaqlarda güclənməsini istəməyən yalnız Rusiya deyil, eyni zamanda, həm də Səfəvi taxt-tacıdır. Səfəvinin vəziyyəti isə dramatik idi. I Pyotrun 1710-cu illərdə İrandan aldığı məlumatlar səfəvi xanədanının durumunu belə səciyyələndirir: “Ölkənin yiyəsi yoxdur, hərə bildiyini edir”. Sonrakı dövr tarixçilərinin də əsərlərində İranda həmin dövr viranəlik illəri kimi xarakterizə edilir. Salyandakı qanlı hadisənin baş verdiyi 1724-cü ildə İran taxt-tacının sahibi 20 yaşlı II Təhmasib idi.
Azər TURAN
Davamı növbəti sayımızda